Homeaz

IAzərbaycanda Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı 3-cü dövr ali kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi /ITACA


ITACA layihəsi, universitetlə sənaye arasında əlaqələrin gücləndirilməsinə töhfə vermək və məzun tələbələrə birgə təlim keçərək onları bu sahədə işlə təmin etmək üçün AB və yerli qurumları, həmçinin neft və qaz hasilatının ətraf mühitə təsiri sahəsində fəaliyyət göstərən müəssisələri əhatə edən Tədris Mərkəzinin layihələndirilməsi və qurulması ilə məşğul olur; 

Təlim Mərkəzi, sənaye və təhsil müəssisələri arasında əməkdaşlıqla idarə olunan magistr təhsilindən sonrakı bir illik 3-cü dövr kursunu hazırlayacaq və inkişaf etdirəcəkdir. AB-də xüsusilə ekologiya və ətraf mühit elmləri ilə yanaşı mühəndislik sahəsində də uğurlu olduğu sübut edilmiş doktorantura kurslarından fərqlənən təhsil forması olan - təhsilin 3-cü dövr kursu ölkədəki mövcud ali təhsil sistemində mövcud deyil. Universitetlər və sənaye sahələri arasında körpü təşkil edən bu yeni kurs növünün tətbiqi ölkədə ətraf mühitin bərpası sahəsində ortaya çıxan problemlərin həllinə kömək edə bilər. AB təcrübələrinə əsaslanan innovativ tədris metodikası tətbiq edilərək yerli ali təhsil sisteminin modernləşdirilməsinə töhfə veriləcəkdir.


Koordinator: Prof. Luca Di Palma (Roma Sapienza Universiteti)

AB –nin qrant layihəsi (Qrant Sazişi  609758): təqribən 1 milyon avro

Başlanma tarixi: 15 Noyabr 2019

Müddət: 3 il


Layihə Koordinatoru: Prof. Luca Di Palma (Sapienza Universiteti)




NEWS !!!

Share by: